Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (ETTOİ) direktor təyin edilib.
Səhiyyə Nazirliyindən verilən xəbərə görə, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Şahin Bəylər oğlu Əkbərov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktor vəzifəsinə təyin olunub.
Səhiyyə nazirinin digər əmri ilə Kamil Elşad oğlu Eyvazov Elmi-Tədqiqat İnstitutunun direktorun müavini - baş həkim, Rüstəm Rəşidoviç Talışinski isə direktorun elmi işlər üzrə müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, ötən gün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna tibb üzrə fəlsəfə doktoru Fərhad Verdiyevin təyin olunduğu ilə xəbər yayılmışdı.
.