
Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Mingəçevir Gənclər Evində Mingəçevir şəhəri və Yevlax rayonundan olan vətəndaşları qəbul edib.
Yenizaman DGK-ya istinadən xəbər verir ki, komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Mingəçevir şəhəri və Yevlax rayonunun sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
.