Müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi sahəsində maliyyə təminatı 2026-cı il dövlət büdcəsinin əsas prioritetlərindən biri olaraq müəyyən edilib.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, növbəti il müdafiə və milli təhlükəsizlik məqsədləri üçün dövlət büdcəsi xərclərinin 21 faizi həcmində, yəni 8,7 milyard manat vəsait nəzərdə tutulur. Bu məbləğ cari illə müqayisədə 319 milyon manat çoxdur: “2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat, xərcləri isə 41,7 milyard manat səviyyəsində proqnozlaşdırılır. Büdcə kəsiri 3,1 milyard manat təşkil edəcək. Dövlət büdcəsinin xərcləri ÜDM-in 31,1 faizi, gəlirləri 28,8 faizi, kəsir isə 2,3 faizi həcmində müəyyənləşib”.

.