“Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tənəzzüldən çıxaraq yüksəliş yoluna qədəm qoydu”.

Bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən xüsusi iclasında çıxışı zamanı deyib.

O, məhz Ulu Öndərin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə quruculuq işlərinin geniş vüsət aldığını xatırladıb: “Artıq həmin dövrdə gələcək müstəqil Azərbaycanın zəngin iqtisadi potensialı yaradıldı. O zaman sosial sahədə də bir çox islahatlar aparılırdı. Ümummilli Lider xarici iqtisadi əlaqələri uğurla idarə edən rəhbər idi. Bir sıra vacib qərarların qəbul edilməsində xüsusi rol oynayıb”.

.