2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 il davam edən işğalına son qoyub. Nəticə etibarı ilə, milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün evsiz və işsiz qalmışdı.

Bu barədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisi və Parlamentlərarası İttifaqın təşkilatçılığı ilə keçirilən Qlobal Parlament Konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, işğalın iqtisadi təsirlərinə baxmayaraq, Azərbaycan hökuməti onların bütün ehtiyaclarını qarşılayıb: “İşğal altında olan ərazilərin azad olunması regionda sülh və inkişaf üçün yeni reallıq və imkanlar yaradıb. Aparılan yenidənqurma işləri isə bu əraziləri yenidən ölkənin iqtisadiyyatına reinteqrasiya etməsinə yardım edəcək, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzuru turizm, investisiya və biznes sahələri üçün cəlbedici edəcək”.

.