“Prezidentin də dediyi kimi bizim uğurlu əkshücum əməliyyatımız 30 illik işğala son qoyacaq”.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, məsələ elə həll edilməlidir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun: “Düşmənin təxribatı barəsində doğru məlumatları dünya ictimaiyyətinə çatdırmaq, ermənilərin iç üzünü açmaq üçün parlamentin də səlahiyyətlərindən istifadə edilir. Türkiyə TBMM, Pakistan parlamentinin sədri, ATƏT-in Parlament Assamblyesının sədri ilə telefonla danışmışam, Türkiyənin TRT kanalına canlı müsahibə vermişəm. Ermənilərin törətdiyi təxribat, azərbaycanlılara, mülki əhaliyə qarşı hücumları barədə məlumat vermişəm. Baş verənlərə görə bütün məsuliyyəti Ermənistan rəhbərliyinin daşıdığını demişəm. Bu günlərdə TBMM-də təmsil olunan 4 siyasi partiya birgə bəyanat verib və Ermənistanın Azərbaycana qarşı hərbi hücumlarını pisləyib. Eləcə də İtaliya və Almaniya parlamentlərində fəaliyyət göstərən işçi qrupları da bizi dəstəklədiyi üçün təşəkkür məktubu göndərmişəm. Bu gün Prezident və xalq arasında olan sarsılmaz birlik Dağlıq Qarabağın tam azadlığını təmin edəcək”.

Sahibə Qafarova: “Qələbə əldə edəndən sonra ilk brifinqi Milli Məclisdə özüm təşkil edəcəyəm”

“Bu gün bizim hamımızın ürəyi Ordumuzun yanındadır”.

Bunu bu gün keçirilən mətbuat konfransında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, qələbə əldə edəndən sonra ilk brifinqi Milli Məclisdə özü təşkil edəcək: “Artıq beynəlxalq təşkilatlar Qarabağda baş verənlərlə bağlı məlumatlandırılıb. 11 beynəlxalq təşkilata da mənim göstərişimlə məlumatlar, 88 ölkəyə 127 məktub göndərilib”.

.