Pakistanın Baş naziri Şahbaz Şərifin 2026-cı ilin birinci rübündə Rusiyaya səfərinə hazırlıq gedir.

Bunu Pakistanın Moskvadakı yeni səfiri Faysal Niyaz Tirmizi Federasiya Şurasının sədr müavini Konstantin Kosaçevlə görüşündə bildirib.

"Biz baş nazirin 2026-cı ilin birinci rübündə Rusiya Federasiyasına səfəri üzərində işləyirik", - o qeyd edib.

Yeni səfir qeyd edib ki, artıq iki həftədir Rusiyadadır, Samara və Kaluqada olub, sabah isə Kazana yola düşür.

.