Pakistan Dağlıq Qarabağda atəşkəsi dəstəkləyir.

APA-nın xəbərinə görə, bu barədə İslamabadda Pakistan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin İkinci Üçtərəfli Görüşündən sonra keçirilən mətbuat konfransında Pakistanın XİN başçısı Şah Mahmud Qureyşi bildirib.

O, Cammu və Kəşmir məsələsində nümayiş etdirdikləri mövqeyə görə Türkiyə və Azərbaycana təşəkkür edib.

XİN başçısı Kəşmirdə insan haqlarının pozulması barədə türkiyəli və azərbaycanlı həmkarlarını məlumatlandırdığını qeyd edib.

Şah Mahmud Qureyşi İslamabadda keçirilən üçtərəfli görüşün dövlətlər arasında olan mükəmməl olan əlaqələrin daha da inkişaf etməsinə səbəb olacağını vurğulayıb.

Çavuşoğlu: “Azərbaycan bölgədə barışı qoruyacaq və işğaldan azad etdiyi torpaqlara rifah gətirəcək”

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar tarixində Moskvada keçirilmiş görüşünü yaxından izləyirik.

Bu barədə İslamabadda Pakistan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin İkinci Üçtərəfli Görüşündən sonra keçirilən mətbuat konfransında Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu bildirib.

“Azərbaycanın bölgədə barış və istiqrarı qoruyacağına və işğaldan azad etdiyi torpaqlara rifah gətirəcəyini bilirik”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

.