Azərbaycanda təxminən 500 sahibkar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yaşıllıqlarla bağlı rəsmi şəkildə müraciət edib.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov rəhbərlik etdiyi komitənin iclasında bildirib.

Deputatın sözlərinə görə, iş adamlarını narahat edən məsələ hansısa ağacı kəsməyə məcbur olmalarıdır.

"Biz qanunvericiliyi sərtləşdirir, yaşıllıqların məhv edilməsi ilə bağlı cərimələri artırırıq. Rayonlarda bir sıra problemlər var. Vətəndaşlara pay torpaqları verilib ki, onlar əksin, biçsin, gəlir əldə edib dolanışığını təmin etsin. Əkmək istəyəndə də məlum olur ki, hansısa kol, ağac buna mane olur. Onu götürəndə cərimələr tətbiq edilir. Biz torpağı mülkiyyətə vermişik. Amma oradakı ağac əşya sayılmadığına görə mülki qanunvericiliyin tələbi pozulur", - deyə o qeyd edib.

.