Drone’lar, Google Maps, GPS, Google Street View kimi proqramlar vasitəsilə artıq dünyada istədiyimiz anda istədiyimiz yerə baxa və bizə maraqlı olan şeyləri görə bilirik. Lakin, bütün bunlara baxmayaraq, dünyada hələ də öz sirrini hər kəslə paylaşmayan məkanlar var. Bu məkanlara ancaq müəyyən imtiyazı olan xüsusi insanlar daxil ola bilər.

Yenizaman.az Pahoo.az-a istinadən sizin üçün 11 sirli məkan və bu məkanlar haqqında məlumatları toplayıb:

Raf Menwith Hill

RAF

Heç kim girə bilmədiyi üçün, təbii olaraq heç kim də burada nə olduğunu bilmir. Böyük Britaniya hökümətinin yüksək səviyyədə qoruduğu və nəhəng qolf topları dünyanın ən böyük elektronik izləyici sistemləridir.

Vatikanın gizli arxivi

VATİKAN
Əgər Vatikanda yüksək rütbəli vəzifəniz yoxdursa, bura girmək ixtiyarınız yoxdu. Bu arxivdə xeyli sayda tarixi sənəd və İncil’in fərqli versiyaları var. Arxiv xalqa açıq olmadığı üçün Vatikan tərəfindən təhrif olunduğu iddiaları da gündəmdən düşmür.

Wildenstein Sənət Qalereyası

üildenstein

Dünyanın ən xüsusi qalereyası hesab olunur. Wildenstein ailəsinə aid olan bu qalereyada Rembrandt’dan tutmuş, Renoir və Vermeer’ə kimi bir çox dahilərin əsərləri yer alır. Yalnız ailənin seçdiyi və icazə verdiyi adamların qalereyaya girməsinə icazə verilir.

Area 51

Area 51 (Groom Lake, Dreamland) File Photo near Rachel, Nevada (Photo by Barry King/WireImage)

Los Angeles’da yerləşən hərbi ərazi Area 51’in ictimaiyyətə bağlı olmasına görə ABŞ hökümətinin kosmik araşdırmalar etdiyi iddia edilir.

Ise Grand Shrine

ise

Yaponlara məxsus Shinto dini üçün önəmli hesab edilən Müqəddəs Ayna’nın yerləşdiyi bu kompleksə sadəcə dindarlar və kral ailəsi girə bilir.

Necker adası

necker

Məşhur milyarder Sir Richard Branson’a aid olan bu adaya sadəcə vertolyot ilə gəlmək mümkündür. British Virgin Adalar’ında yerləşən bu xüsusi adada 28 otaqlı villa var. Kate Winslet, Şahzadə Diana’nın da qaldığı bu adada Google’un qurucusu Larry Page də öz toyunu keçirmişdi.

White Gentlemen’s Club

white

Dünyanın ən köhnə və xüsusi kişilər klubu Londonda yerləşir. Kraliça Elizabet xaricində heç bir qadının ziyarət etmədiyi bu kluba, özəlliklə köklü ailələrin üzvləri qatılır. Prins Charles’ın Lady Diana ilə evlənmədən öncə subaylığa vida partisini də burada keçirilmişdi.

Ahit sandığı

ahit

Efiopiyanın şimalında kiçik bir şəhər olan Axumda yerləşən Ahit Sandığı Məbədinə sadəcə yüksək rütbəli keşişlər girə bilir.

Poveglia adası

poveglia

İtaliya, Venesiyanın sahillərində yerləşən bu adada bir zamanlar bəşər tarixinin gördüyü ən qorxulu psixi xəstəxana yerləşdirdi. Dəhşətli müalicə üsullarının istifadə edildiyi bu ada tərk edilmiş olsa da, xəstəxana və həbsxana binaları hələ də qalır.

Aldwych Tube Station

tube station

Məşhur London Metro şəbəkəsinin bağlanmış Aldwych 2 stansiyası. 2-ci Dünya Müharibəsində sığınma məkanı olaraq istifadə edilirdi. Hal-hazırda ziyarətə bağlı olsa da, filmlərdə çəkiliş meydançası olaraqvə xüsusi partilər üçün açılır. Digərləri üçün isə giriş qadağandır.

Surtsey

surtsey

1963-cü ildə okeanda püskürənvulkan nəticəsində yaranan ada İslandiyanın yeni torpağı oldu. 89 fərqli quş növünə ev sahibliyi edən adaya sadəcə alimlər və tədqiqatçılargirə bilir.

.