Sabunçuda qətl hadisəsi törədilib.
"Report"un məlumatına görə Sabunçu rayon sakini, 1998-ci il təvəllüdlü Heydərov Emil İlqar oğlu şəxsi münasibətlər zəminində 1992-ci il təvəllüdlü Həziyev Nicad Qulam oğlunu bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
.
