Şabranda yol kənarında silah-sursat aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun Əmirxanlı kənd yolunun kənarında 1 ədəd "Makarov" markalı tapança, 1 ədəd sandıq və 9 ədəd həmin silaha məxsus patron aşkarlanaraq götürülüb.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.
.