Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən təkər təmiri sexində işləyən 1999-cu il təvəllüdlü Rəfail Əzimov təmir işi görərkən təkərin partlaması nəticəsində aldığı xəsarətlərdən ölüb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.

.