Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları şəhərin 20 Yanvar küçəsində karantin qaydalarını pozaraq fəaliyyət göstərən internet klub aşkar ediblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, internet klubu işlədən şəhər sakini B.İsmayılov və orada olan 3 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub.

.