Sabirabadda ər arvadını balta ilə qətlə yetirib. 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qətl hadisəsi Sabirabad  rayonunun Hacıbəbir kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1974-cü il təvəllüdlü Məmmədov Eyvaz Xeyrulla oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məmmədova Təranə Həmid qızına baş nahiyəsindən 3 balta zərbəsi vuraraq qətlə yetirib. Onların birgə nikahından 2 övladı var. 

E. Məmmədov saxlanılıb.

Faktla bağlı Sabirabad prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

.