
Sabirabadda iki nəfərin ölümünə səbəb olan qəzanı törədən avtomobilin sürücüsünün kimliyi məlum olub.
Sabirabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Mercedes” markalı avtomobil 2 piyada qadını vurub.
Hər iki qadın hadisə yerində ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobilin sürücüsü Kamran Nəsirlidir.
Qeyd edək ki, K. Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur.
Faktla bağlı araşdırma aparılır.