Sabirabadda avtomobil kanala aşıb, 2 nəfər ölüb.

Hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Nizami kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil kanala aşıb. Nəticədə 2 nəfər suda boğulub, 3 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

.