Sabirabadda baş vermiş yanğın iki böyük ərzaq mağazasını əhatə edib və onun ticarət mərkəzinə keçməsinə imkan verilməyib.
Yanğın təxminən 1000-1500 kv/m sahəni əhatə edib.
Əraziyə 10-dan çox yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.
İlkin ehtimala görə, yanğın mağazaların birində olan soyuducuda yaranmış qısaqapanmadan qaynaqlanıb.
.
