Sabahdan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanılır.
Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Bildirilib ki, sertifikatlaşdırma 30 avqust-1 sentyabr tarixlərində keçiriləcək.
İlkin olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz Regional Təhsil İdarələrinin tabeliyindəki məktəblərdə çalışan ümumilikdə 11 min ibtidai sinif müəllimi sertifikasiya imtahanı verəcək.
.