Sabahdan ATƏT DTİHB-in müşahidə missiyası Azərbaycanda fəaliyyətə başlayacaq.
Bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.
O, avqustun 1-də müşahidə missiyasının fəaliyyətə başlaması ilə bağlı mətbuat konfransının keçiriləcəyini qeyd edərək növbəti 6 həftə ərzində missiya tərəfindən görüləcək işlərin xülasəsi barədə məlumatı təqdim edib.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
.