Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenizaman.az-a verilən məlumata görə, səhər və gündüz bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 11-də bəzi yerlədə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam intensiv olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, mayın 11-i 13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir. 

.