SABAH qrupları növbəti tədris ilində bakalvriat səviyyəsi üzrə müəllimlərin işə qəbulunu elan edib.

Bu barədə  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib.

Bildirilib ki, SABAH qrupları layihəsinin bakalavriat səviyyəsində 2024-2025-ci tədris ilinin payız semestrində tədris aparacaq professor-müəllim heyəti saathesabı qaydada işə dəvət olunub.

Müsabiqədə iştirak üçün son müraciət tarixi 30.06.2024-cü il, saat 23:59-dur.

Vakant fənlərin siyahısı və müraciət barədə ətraflı məlumat üçün https://sabah.edu.az/ ünvanına daxil olmaq mümkündür.

.