Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq balıq ovu ilə məşğul olan şəxslərə qarşı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən gecə saatlarında Baş Mil-Muğan Kollektorunun Saatlı rayonu ərazisindən keçən hissəsində aparılan profilaktiki-nəzarət tədbirləri zamanı qeyd edilən qanunsuz əməllə məşğul rayonun Azadkənd kənd sakini Elvin İbadov saxlanılıb.
Həmin şəxsdən qanunsuz ov qurğuları, eləcə də ovlanmış 31 ədəd balıq aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
.