Saatlı rayonu Sarıcalar kəndində mağazada münaqişə zamanı 3 nəfər bıçaqlanıb.

Saatlı rayonu Sarıcalar kənd sakinlərindən 1992-ci il təvəllüdlü Mirzəliyev Bəhruz Fizuli oğlu bel nahiyəsindən, 1979-cu il təvəllüdlü Adil Axmedov qol nahiyəsindən və 1993-cü il təvəllüdlü Rüstəmov Samir Vahid oğlu baş nahiyəsindən bıçaqlanıb.

Vəziyyəti ağır olan Mirzəliyev Bəhruz Fizuli oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Saatlıda 29 yaşlı kişi bıçaqlanıb.

Saatlı rayonu Sarıcalar kənd sakini, 1992-ci il təvəllüdlü Mirzəliyev Bəhruz Fizuli oğlu münaqişə zəminində tanışı tərəfindən bıçaqlanıb.

B.Mirzəliyev bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı Saatlı polisi tərəfindən araşdırma aparılır.

.