Bu gün Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı məhkəmə prosesi keçiriləcək.

Tbilisi Şəhər Məhkəməsində keçiriləcək iclasda Mixail Saakaşvilinin qaldığı Vivamed klinikasından onlayn qoşulması gözlənilir.

Qeyd edək ki, Mixail Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı istintaq 2021-ci il oktyabrın 1-də başlayıb. Sözügedən iş çərçivəsində daha 4 nəfərə qarşı ittiham irəli sürülüb.

.