Gürcüstanın Batumi şəhərində vaxtilə inşası hökumətə 300 min dollara başa gələn Çaça Saat Qülləsi sökülüb.

“Newsgeorgia”ya istinadən xəbərinə görə, bununla bağlı göstərişi şəhərin rəhbərliyi verib.

Bildirilib ki, yaxın vaxtlarda bu tikilinin yerində istirahət parkı salınacaq.

Qeyd edək ki, Çaça Saat Qülləsi Mixeil Saakaşvilinin hakimiyyəti dövründə inşa olunub.

.