
"Hakimiyyətdə islahatlar strukturda rüşvətxorluğa görə vacibdir”.
Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin cari qubernatoru Mixail Saakaşvili bəyan edib ki, vilayətin 27 rayon başçısından 24-nü işdən azad etməyə hazırdır.
Yenizaman.az bildirir ki, bu barədə RİA Novosti xəbər yayıb.
"Burada cəmi 27 rayon var. Buradan üç qubernator vəzifəyə yeni təyin edilib, 24-nü işdən azad edirəm, daha dəqiq müsabiqə nəticələrinə görə yeni komanda yığırıq.
Mən yalnız Odessa üzrə deyil, Ümumukrayna müsabiqəsi elan edirəm”, - o, "Rustavi2” gürcü telekanalına verdiyi müsahibəsində deyib.
O qeyd edib ki, hakimiyyətdə islahatlar strukturda rüşvətxorluğa görə vacibdir.
Onun sözlərinə görə, əgər kimsə zəng edib, məmuru işdə saxlamağı xahiş edirsə, ilk olaraq həmin məmur işdən azad edilir.