"Rusiyadan alınan "S-400” hava müdafiə sitemlərinin Türkiyəyə tədarükü 2020-ci ilin aprelinə qədər başa çatacaq”.

"RİA Novosti” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Habertürk” telekanalında çıxışı zamanı bildirib.

O, "S-400” kompleksinin tədarükünün bir hissəsinin ilin sonuna qədər başa çatacağına ümidvar olduğunu deyib.
.