ABŞ-ın Nyu-York şəhərində həbsdə olan cənubi azərbaycanlı iş adamı Rza Zərrab bu gün hakim qarşısına çıxacaq.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ABŞ-da fırıldaqçılıq, "çırkli pullar"ın yuyulması, İrana qarşı embarqoları pozmaqda təqsirləndirilən Rza olduğu həbsxanadan yeraltı tunellər vasitəsilə məhkəmə binasına aparılacaq.
Bakı vaxtı ilə saat 18:30-da başalayacaq prosesdə dövlət ittihamçısı Zərrabın 75 ilə qədər həbsini tələb edəcək.
Qeyd edək ki, R.Zərrabın həyat yoldaşı, müğənni Ebru Gündeş bir neçə gün əvvəl ondan boşanmaq üçün ərizəsini təqdim edib.
.
