Rusiya Müdafiə Nazirliyinin Çeçenistan Respublikasında dislokasiya olunmuş iki xüsusi təyinatlı taboru – "Şərq” və "Qərb” Hmeymim aviabazasının qorunmasına cəlb edilib. 

Teleqraf.com-un məlumatına görə, sözügedən taborlar 2003-cü ildə əsasən çeçen milliyətindən olan şəxslərdən təşkil olunub, ona görə də qeyri-rəsmi olaraq "çeçen xüsusi təyinatlıları taboru” adlanıb.

"Şərq” və "Qərb”in döyüşçüləri Çeçenistanda terrorçulara qarşı döyüşlərdə iştirak ediblər, həmçinin 2008-ci ilin avqustunda Gürcüstana qarşı həyata keçirilən hərbi əməliyyata qatılıblar. Bundan başqa 2006-cı ildə Livanda rus istehkamçılarını qoruyublar. Ekspertlərin sözlərinə görə, iki taborun xüsusi təyinatlı döyüşçüləri zəngin döyüş təcrübəsinə malilkdirlər və rus aviaqrupunun "İslam Dövləti”nin təxribatlarından etibarlı müdafiəçisi olacaqlar.
.