Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci Prezidenti, Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsindəki çoxşaxəli fəaliyyətiniz Sizin görkəmli dövlət, siyasi və beynəlxalq xadim kimi böyük istedadınızı üzə çıxarıb.

Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi, sosial və mədəni inkişaf strategiyasının ardıcıl və qətiyyətlə həyata keçirilməsi Sizə nüfuz, eyni zamanda xalqın hörmətini, etimadını, məhəbbətini qazandırıb.

Yüksək peşəkarlığınız, zəngin həyat təcrübəniz, ən mürəkkəb vəziyyətlərdə siyasi kompromislər tapmaq bacarığınız, çoxmillətli Azərbaycan vətəndaşlarının maraqlarına xidmət edən sosial siyasətin ardıcıl şəkildə həyata keçirilməsi beynəlxalq aləmdə yüksək nüfuz qazanmağınıza imkan verib.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycanın rifahı naminə qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsində yeni uğurlar, əmin-amanlıq, sülh və tərəqqi arzulayır, həmçinin yaxınlarınıza ən xoş diləklərimi yetirirəm".

.