Rusiyaya qarşı onuncu sanksiyalar paketinə 11 milyard avroluq ticarət məhdudiyyətləri daxildir.
Bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Rusiyanın Ukraynaya qarşı işğalı və təcavüzkar müharibəsinin ildönümü ilə bağlı Avropa Parlamentinin plenar iclasındakı çıxışında deyib.
“Rusiyanın işğalçı müharibəsi bir ilə yaxındır ki, ətrafa ölüm və dağıntılar saçır. Biz Rusiyaya bunu ödətdirəcəyik və 10-cu sanksiyalar paketi ilə təzyiqi gücləndiririk”, - Ursula von der Leyen çıxışında vurğulayıb.
.
