Oktyabrın sonunda Rusiyanın qızıl ehtiyatları ilk dəfə olaraq 200 milyard ABŞ dolları həddini keçərək rekord həddə - 207,69 milyard ABŞ dollarına çatıb.

Bu barədə Rusiya Mərkəzi Bankının saytında yer alan məlumatda deyilir.

Son bir ay ərzində Rusiyanın qızıl ehtiyatları 4 % və ya təxminən 8 milyard ABŞ dolları dəyərində artıb. Sentyabrın sonunda onların həcmi 199,76 milyard ABŞ dolları idi.

Rusiyanın qızıl-valyuta ehtiyatlarında qızılın payı bir ay əvvəlki 31,5 %-dən 32,9 %-ə yüksəlib ki, bu da 1999-cu ilin noyabrından bəri ən yüksək göstəricidir.

Digər yandan, oktyabr ayının nəticələrinə əsasən, Rusiyanın xaricdəki ehtiyatları azalıb. Belə ki, Rusiyanın beynəlxalq ehtiyatlarının həcmi 0,34 % azalmaqla 631,573 milyard ABŞ dolları təşkil edib.

.