
Rusiyanın qaz tədarükünü kəsməsi Avropa İttifaqının 12 ölkəsinə təsir edib.
CNN xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) iqlim siyasəti üzrə rəhbəri Frans Timmermans bildirib.
O qeyd edib ki, Rusiya enerjidən silah kimi istifadə edir və bu günlərdə qaz tədarükünün dayandırılması ilə bağlı əlavə bəyanatlar veriləcək.
“Bütün bunlar Rusiyanın bizim birliyimizi sarsıtmaq cəhdləridir”, - Timmermans Avropa Parlamentində deyib:
“İndi 12 üzv ölkə Rusiyanın tədarükü birtərəfli qaydada dayandırmasından təsirlənib... Qaz tədarükünün tam dayandırılması riski indi hər zamankından daha realdır”.
.