
"Azərbaycan paytaxtı Bakıda keçirilən Birinci Avropa Oyunlarında iştirak edən idmançıların böyük əksəriyyəti möhtəşəm çıxış etdi. Bakıya həqiqətən təcrübəli idmançılar və gənclər toplaşmışdı”.
APA-nın məlumatına görə, Rusiyanın idman naziri Vitali Mutko oyunların yekunu ilə bağlı "Ria-Novosti”yə açıqlamasında belə deyib. O bildirib ki, "Bakı-2015” Rio Olimpiadası üçün peşəkar hazırlıq mərhələsi olub. "Amma arxayınlaşmaq olmaz. İrəliyə doğru addımlamaq lazımdır” - deyə rusiyalı nazir əlavə edib.