Rusiya Hərbi Dəniz Donanmasına yeni baş komandan təyin olunub.

Adı çəkilən ölkənin mətbuatına istinadən xəbərinə görə, bu barədə müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, bu vəzifəni admiral Aleksandr Moiseyev icra edəcək.

Şimal Hərbi Donanmasının komandanı vəzifəsi Konstantin Kabantsova tapşırılıb.

Qara dəniz Hərbi Donanmasının komandanı postuna isə vitse-admiral Sergey Pinçuk gətirilib.

S. Şoyqu onların hər biri ilə görüşərək, qarşıya qoyulan tapşırıqların icra olunacağına əminliyini ifadə edib.

.