Rusiyanın Böyük Britaniyadakı keçmiş səfiri Aleksandr Yakovenko Rusiya Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının rektoru təyin edilib.
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
M.Zaxarova Aleksandr Yakovenkonun böyük diplomatik təcrübəyə malik bir diplomat olduğunu xatırladıb.
Qeyd edək ki, Aleksandr Yakovenko 2011-ci ildən Rusiyanın Böyük Britaniyadakı səfiri vəzifəsində çalışıb. O, 2019-cu il avqustun 24-də səfir vəzifəsindən geri çağırılıb.
.
