Rusiya Hava-Kosmik Qüvvələrinin Tu-22M3 bombardmançı təyyarələri Qara dənizin neytral suları üzərində planlaşdırılmış uçuş həyata keçirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qırıcı təyyarələrin müşayiəti Rusiya hava kosmik Qüvvələrinin Su-35S və Su-27 təyyarələrinin heyətləri tərəfindən təmin edilib.

Uçuş müddətinin 5 saatdan çox olduğu bildirilib.

Qeyd olunub ki, Rusiya hərbi aviasiyasının uzaqmənzilli heyətləri müntəzəm olaraq Arktika, Şimali Atlantika, Sakit Okean, Baltik və Qara dənizlərin neytral suları üzərində uçur və bu uçuşlar beynəlxalq hava məkanı qaydalarına ciddi şəkildə uyğun olaraq həyata keçirilir.

.