Rusiyanın "Aeroflot" aviaşirkəti sentyabrın 24-dən etibarən Moskva-Bakı-Moskva istiqamətində uçuşlara başlayır.

Heydər Əliyev Beynəlxalq Hava Limanından əldə etdiyi məlumata görə, aviareyslər həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək. Təyyarə cümə axşamı səhər saat 7:20-də, bazar günü isə gecə saat 2:50-də Bakıdan qalxacaq.

Bildirilib ki, aviareys ancaq Rusiya vətəndaşları üçün nəzərdə tutulub.

Xatırladaq ki, hazırda Bakıdan Moskvaya ayda üç dəfə “Azərbaycan Hava Yolları” QSC (AZAL) çarter reysləri həyata keçirir.

.