Müğənni Sergey Lazarev ikinci dəfə Rusiyanı "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək.

Rusiya mətbuatının məlumatına görə, "Eurovision 2019"da çıxış etməyə hazırlaşan Sergey artıq məşqlərə başlayıb. Müğənni onu uğura aparacaq mahnı seçilməsini arzuladığını bildirib.

Qeyd edək ki, "Eurovision 2019" mayın 14-dən 18-nə kimi İsrailin paytaxtı Tel-Əvivdə keçiriləcək.

Xatırladaq ki, S. Lazarev ilk dəfə Rusiyanı 2016-cı ildə sözügedən yarışmada təmsil edib.



.