Kreml ölkə vətəndaşlarına Qələbə paradına televizordan baxmağı məsləhət görüb.

 Kremlin mətbuat katibi Dmitri Peskov iyunun 24-də Moskvada keçiriləcək Qələbə Paradına televizordan baxmağın rahat olacağıcını söyləyib.

"Bu halda parada məhz televizordan baxmaq rahat və rənglidir. Paradddan canlı efirin təşkilatçılığı ilə böyük mütəxəssislər komandası məşğul olur", - deyə Peskov bildirib.

Kremlin sözçüsü hər il Qələbə paradına Qızıl Meydana məhdud sayda tamaşaçıların gəldiyini vurğulayıb: "Biz də paradı bütün nüanslarda görmək imkanından istifadə etməyi tövsiyyə edirik".

Qeyd edək ki, Moskva meri Sergey Sobyanin da paytaxt sakinlərindən iyunun 24-də evdə qalmağı xahiş edib. O, Moskvada kütləvi tədbirlərin keçirilməsinin hələ də qadağan olunduğunu xatırladıb.

.