Azərbaycan 2016-cı ildə MDB ölkələri arasında rus turistlərin istirahət etmək üçün ən çox seçdikləri ölkədir.
Yenizaman.az bildirir ki, bu barədə travel.ru saytı məlumat və siyahı yayıb. Siyahı müstəqil turistlər tərəfindən bron edilən otellər və mənzillərə görə müəyyən edilib.
Portal yazır ki, ötən il Azərbaycan 2 milyon turist qəbul edib ki, onların da 685 mini Rusiyadandır. İlk beşliyə Qazaxıstan, Ermənistan, Qırğızıstan və Belorus daxildir.
Qazaxıstana ildə təxminən 1 milyon turist səyahət edir. Ötən il Ermənistana 1,2 milyon, Qırğızıstana 1,2 milyondan çox, Belorusa isə 300 min nəfər turist gəlib.
.