"Vyana və Sankt-Peterburqda əldə edilən razılıqlar icra olunmalıdır”.

Bu sözləri ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.
Diplomat bildirib ki, həmsədrlər Bakıda Azərbaycan prezidenti ilə görüşdə danışıqlar masasındakı ideyaları müzakirə ediblər. O, təmas xəttindəki son durumun müzakirə olunduğunu da söyləyib

"Danışıqlar prosesi durğun nöqtədən tərpənib”.
Bunun isə Fransalı həmsədri Stefan Viskonti deyib. O bildirib ki, çərşənbə axşamı Azərbaycan prezidenti Parisdə fransalı həmkarı ilə görüşəcək.

Diplomat qeyd edib ki, ABŞ, Rusiya və Fransa birgə səylərini davam etdirəcək: "Əlbəttə, bu, asan məsələ deyil. Bildiyiniz kimi, təmas xəttində gərginlik var. Amma tərəflərin irəli getməyə istəyi var. Fikrimcə, bu, çox vacibdir”.

"Danışıqlar masasına ən yüksək səviyyədə qayıtmaq lazımdır”.
Amerikalı həmsədri Riçard Hoqland öz növbəsində qeyd edib. O bildirib ki, 2016-cı ilin aprel hadisələrinin birinci ildönümü cəbhədə yox, danışıqlar masasında qeyd olunmalıdır.

Diplomat əlavə edib ki, hər 3 həmsədr münaqişənin hərbi yolla həllinin mümkün olmadığını düşünür.

(APA).