"Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox yaxşı şərait var".

Bunu rusiyalı ekspert və politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuş mətbuat konfransında deyib.

O xatırladıb ki, Rusiya bu münaqişənin həllində vasitəçilərdən biridir.

"Bu gün həmçinin Xocalı faciəsinin xatirəsinə həsr olunmuş memorial yürüşdə iştirak etdik. Azərbaycan xalqı ilə birlikdə kədərlənirik", - o deyib.
.