Rusiyalı peşəkar MMA (qarışıq əlbəyaxa döyüş sənətləri) döyüşçüsü Rinat Fəxrəddinov UFC -dən (Mütləq Döyüş Çempionatı) kənarlaşdırılıb.

Yenizaman bu barədə xarici KİV-ə istinadən xəbər verir.

İdmançının UFC adı altında keçirilən turnirlərdə heç bir məğlubiyyəti olmasa belə, təşkilat onunla əməkdaşlığı davam etdirməkdən imtina edib.

Rusiyalı idman ustası sonuncu döyüşünü "UFC Fight Night 258" turniri çərçivəsində Parisdə, 2025-ci ilin sentyabr ayında keçirmişdi. Həmin döyüşdə o elə ilk dəqiqədə rəqibi isveçli Andreas Qustafsonu texniki nokauta göndərmişdi.

2024-cü ilin oktyabr ayında isə Fəxrəddinov Braziliyalı Karlos Lealla yarım-orta çəkidə qarşılaşaraq, ona qalib gəlmişdi.

.