Masallı rayonunda qətl hadisəsi törədilib.

Hadisə bu gün səhər saatlarında şəhərin "Jildom" adlandırılan ərazisində qeydə alınıb.

İlkin məlumata görə, öldürülən şəxs 40-45 yaşlarındadır. Uzun müddətdir Rusiyada yaşayırmış və bir neçə gün öncə Masallıdakı evinə qayıdıb.

Qətl hadisəsi tapançadan açılan bir neçə atəşlə törədilib. Hadisənin qisas zəminində baş verdiyi söylənilir. Belə ki, öldürülən şəxs illər əvvəl özü də qətl törədibmiş.

Faktla bağlı araşdırma aparılır.

.