Kişi voleybolçular arasında DÇ-2022-nin keçiriləcəyi yer müəyyənləşib.

Иunu Polşanın baş naziri Mateuş Moravetski açıqlayıb.

O bildirib ki, Rusiyadan alınan mundial iki ölkəyə verilib. Çempionata Polşa və Sloveniya ev sahibliyi edəcək. Yarışın keçirilmə tarixi dəqiqləşməyib.

Qeyd edək ki, turnir avqustun 26-dan sentyabrın 11-dək Rusiyanın 10 şəhərində keçirilməli idi. Lakin Ukraynadakı vəziyyət üzündən çempionat Rusiyadan alınıb.

.