Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Amerika Birləşmiş Ştatlarını yeni gərginlik dalğası yaradacaq hərəkətlərdən uzaq durmağa çağırıb.

Peskov bu çağırışı ABŞ-ın Ukrayna sərhədlərinə raket və müxtəlif çeşidli silahlar göndərəcəyinə dair xəbərlərdən sonra edib.
O, başda problemlərin həlli yollarını axtaran ölkələr olmaqla, bütün ölkələrin yeni gərginlik ocağı yaratmaqdan çəkinməsi lazım olduğunu qeyd edib.
Geopolitik mübahisələrin şərhə ehtiyacı olmadığını deyən Peskov Rusiyanın hansı potensiala sahib olduğuna və Amerikanın bölgəyə silah göndərməyə davam etməsi təqdirində nələr edə biləcəyinə diqqət çəkib.

.