Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini raket atəşinə tutması nəticəsində zərər çəkmiş şəxslərə Rusiyada yaşayan soydaşlarımız tərəfindən humanitar yardım göndərilib.

Gəncə Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, yardım kampaniyası Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təşəbbüsü ilə həyata keçirilib.

Həmrəylik əlaməti olan bu humanitar yardıma görə Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və şəhər sakinləri təşəkkürlərini bildiriblər.

.