Moskvada polis tərəfindən saxlanıldıqdan sonra tibbi müayinədən keçməkdən imtina edən azərbaycanlı bloqer Hüseyn Həsənova qarşı inzibati iş qaldırılıb.

Bu barədə TASS Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinə istinadən xəbər verib.

Məlumata görə, yol polisi əməkdaşları 27 yaşlı paytaxt sakininin idarə etdiyi “Lamborghini Urus” markalı avtomobili saxlayıb. Sənəd yoxlanışı zamanı sürücünün sərxoş olduğuna dair şübhələr yaranıb, lakin bloqer tibbi müayinədən keçməkdən imtina edib.

Bildirilir ki, Hüseyn Həsənovu 1.5-2 ilədək sürücülük vəsiqəsindən məhrum etməklə 30 min rubl (təxminən 690 manat) məbləğində inzibati cərimə gözləyir.

Qeyd edək ki, Rusiyada yaşayan azərbaycanlı bloqerin 17,1 milyon “Instagram” izləyicisi və 1,38 milyon “YouTube” abunəçisi var.

.